Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ümidlər əriyib QƏZƏBƏ ÇEVRİLDİ - Çin ABŞ-la ticarət müharibəsinə hazırlaşır

Baxış: 210
Ümidlər əriyib QƏZƏBƏ ÇEVRİLDİ - Çin ABŞ-la ticarət müharibəsinə hazırlaşır


Çin ABŞ ilə qlobal razılaşma planlarından imtina edib və indi Amerika ilə tam hüquqlu ticarət müharibəsinə hazırlaşır.

 Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

“ABŞ Prezidenti Donald Trampın son tarif tədbirləri ilə Pekinin dialoqa olan ümidləri əriyib, məyusluq və qəzəbə çevrilib”, - amerikalı jurnalistlər qeyd ediblər.

Onlar iddia edirlər ki, Tramp administrasiyasının ticarət siyasəti Vaşinqtonla ortaq dil tapmağı müdafiə edən partiyanın uğursuzluğa düçar olmasına səbəb olub.

"Bizi gözləyən şey, çox güman ki, yaxın gələcəkdə danışıqlara başlamağı belə çətinləşdirəcək bir "göz-gözə" cavab silsiləsi olacaq", - deyə WSJ xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp idxal rüsumlarının yeni sistemini təqdim edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20% . Rusiya Federasiyasına qarşı heç bir rüsum qoyulmayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.