Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Putin Trampı xəyal qırıqlığına uğratdı

Baxış: 162
Putin Trampı xəyal qırıqlığına uğratdı


ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin bitirilməsi istiqamətində proseslərin ləng getməsinə görə, həm Ukrayna prezidenti Volodimir Zelenskinin, həm də Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən məyus olub. 

 “Sky News” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt Rusiyada aprelin 1-dən etibarən orduya 160 min hərbçinin cəlb edilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

"Prezidentin dünən axşam dediklərini təkrar edə bilərəm. O bu münaqişədə hər iki liderdən məyusdur. Müharibənin bitməsini istəyir. Hər iki tərəfdən insanlar ölür və bu, çox uzun müddətdir davam edir", - Levitt deyib.

Bundan əlavə, o əlavə edib ki, Amerika tərəfi hər gün Ukrayna və Rusiya ilə qarşılıqlı əlaqəni davam etdirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.