Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çində naməlum şəxsin hücumu zamanı 7 nəfər həlak olub, yaralılar var

Baxış: 318
Çinin şimalındakı Lyaonin əyalətində silahlı hücum zamanı 7 nəfər öldürülüb.
Sahibkartv TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Qeyd edilir ki, hadisə Kayuan şəhərində, yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 4:00) qeydə alınıb.
Bıçaqla silahlanmış naməlum kişinin hücumu nəticəsində daha 7 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi yaxalayıblar və onun kimliyini müəyyənləşdiriblər.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi müəyyənləşdirilir, təhqiqat aparılır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.