Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Birləşmiş Ərəb Əmirlikləri "Startap Viza" Proqramına Start Verdi

Baxış: 227

Sahibkartv.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti 2025-ci ildən etibarən sahibkarlar üçün 5 illik "Startap Viza" proqramını tətbiq edir. Bu proqram, xüsusilə texnologiya və innovasiya sahəsində fəaliyyət göstərən layihələrə xüsusi diqqət ayıracaq.

Proqram çərçivəsində startaplar viza ilə həm sərmayə, həm də dövlət dəstəyi əldə edəcəklər. Sahibkarlar, BƏƏ-dəki yenilikçi ekosistemə daxil olaraq yeni bizneslərini qurmaq və inkişaf etdirmək imkanı əldə edəcəklər.

"Startap Viza" proqramı, BƏƏ-nin sahibkarlıq mühitini daha da canlandırmaqqlobal innovasiya mərkəzinə çevirmək məqsədini daşıyır. Proqramda iştirak edəcək startaplar, yerli və beynəlxalq sərmayəçilərlə əlaqə qurmaq, vergi güzəştləri və digər dövlət dəstəkləri ilə dəstəklənəcək. Texnologiya və innovasiya sahələrində rəqəmsal layihələr, aqrotexnologiyalar, süni intellekt və digər müasir texnologiyaların tətbiqinə böyük əhəmiyyət veriləcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.