Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ şirkəti əsas rəqibinin almaq istədiyi şirkətə sahib olacaq

Baxış: 294
ABŞ-ın videooyun istehsalçısı “Electronic Arts” (EA) şirkəti Böyük Britaniyanın “Codemasters” şirkətini 1,2 milyard ABŞ dollarına almaqla bağlı razılıq əldə edib.
Sahibkartv "Reuters” agentliyinə istinadən xəbər verir ki, EA hər səhmə görə 6,04 funt sterlinq ödəyəcək.
Sövdələşmə gələn ilin I rübü ərzində reallaşacaq. Bununla bağlı xəbərlər yayıldıqdan sonra Britaniya şirkətin səhmlərinin qiyməti tədavüldə olduğu London Fond birjasında 18,7 % artaraq 6,38 funt sterlinqə çatıb.
Xatırladaq ki, “Codemasters”in səhmlərini EA-nın ABŞ-dan olan əsas rəqibi, “Formula 1” video oyununun yaradıcısı “Take-Two Interactive Software” şirkəti də maraq göstərirdi. O, britaniyalılara hər səhm üçün 4,85 funt sterlinq təklif etmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.