Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hakan Fidan Blinkenlə İrəvan-Bakı münasibətlərini müzakirə ediblər

Baxış: 192
Hakan Fidan Blinkenlə İrəvan-Bakı münasibətlərini müzakirə ediblər


Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı Qəzza zolağında son vəziyyət, Livanda baş verən hadisələr və Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş müzakirə olunub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X (tvitter) sosial şəbəkəsində məlumat verib.

“Noyabrın 12-də axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı nazirlər Qəzzadakı vəziyyəti, Livandakı hadisələri və Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişi müzakirə ediblər”, -  mətbuat katibi qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.