Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-nin şou-biznes ulduzları hansı namizədi dəstəkləyir? - ADLAR

Baxış: 208
ABŞ-nin şou-biznes ulduzları hansı namizədi dəstəkləyir? - ADLAR


Amerikalı məşhur müğənni Cennifer Lopes 5 noyabr prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini elan edib.

Modern.az xəbər verir ki, Cennifer Lopez demokrat namizəd Kamala Harrisin Las-Veqasda(Nevada ştatı)  keçirilən mitinqində çıxış edib. Həmin vaxt respublikaçı Donald Tramp da Arizonada mitinq keçirib.
Lopes “mən qadınların gücünə inanıram. Qadınların bu seçkidə fərq yaratmaq gücü var”, - deyə mitinqdə çıxış edib və Latın amerikanları Harrisin xeyrinə səsverməyə çağırıb.
Nevada qarşıdan gələn seçkilərin nəticələrinə qərar verəcək əsas ştatlardan biridir.
Latın amerikan seçicilər ştat əhalisinin təxminən dörddə birini təşkil edir.
2020-ci ildə Co Bayden 33,500 səs fərqi ilə Nevada ştatını qazanmışdı.

Bu arada seçkilərə 4 gün qalmış Amerika şou-biznesinin digər ünlü nümayəndələrindən kimlərin hansı namizədə səs verəcəkləri məlum olub.
ABŞ mətbuatında dərc olunan xəbərlərə görə, Kamala Harris və Donald Trampı dəstəkləyən ulduzları aşağıdakı kimi bölünüb:

Kamala Harrisi dəstəkləyənlər:
Robert De Niro, Eminem, Sara Cessika Parker, Teylor Svift, Şer, Lizzo, Mark Entoni, Aşer, Olivia Rodrigo, Keşa, Con Lecend, Kardi Bi, Billi Ayliş, Beyons, Corc Kluni, Barbara Streyzard, Rozi O'Donnell, Ceymi Li Körtis, Sintia Nikson, Mindi Kalinq, Toni Qolduin, Kerri Vaşinqton, Nik Offerman, Ceyn Fonda, Ben Stiller, Keti Qriffin, Con Stamos, Ed Helms, Tiffani Heddiş, Mett Deymon, Ayk Barinholts, Lin-Manuel Miranda, Obri Plaza, Cenifer Eniston, Mel Bruks, Entoni Hopkins, Linda Karter, LeVar Berton, Entoni Repp, Mişa Kolinz, Mark Hemill, Cenifer Lourenz, Fren Dreşer, Enn Heteuvey, Brayan Krenston, Arnold Şvarssenegger.
Donald Trampı dəstəkləyənlər:
Zakari Levi, Denis Kueyd, Con Voyt, Rozanna Bar, Kid Rok, Ember Rouz, Snup Dog, Aziliya Benks, Kris Censon, Ceyson Oldin, Mayk Tayson (boksçu).

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.