Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şimali Koreyadan Ukraynaya qarşı müharibə qərarı: 12 min əsgər

Baxış: 153
Şimali Koreyadan Ukraynaya qarşı müharibə qərarı: 12 min əsgər


Şimali Koreya Rusiyanı Ukrayna müharibəsində dəstəkləyərək 12 min əsgərini Ukrayna ilə sərhədə - Kursk bölgəsinə yerləşdirib.

Bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın şərqində təlim keçən Şimali Koreya ordusu oktyabrın 23-də Kurska gətirilib.

"12 minlik Şimali Koreya ordusunda 500 zabit və 3 general komandanlıq edir. Onlar Rusiyanın 5 hərbi bazasında təlim keçiblər", - məlumatda deyilir. 

Şimali Koreyanın Rusiyaya birbaşa canlı qüvvə baxımdan  dəstəyindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatası Bayden hökumətini bölgəyə qoşun göndərməyə çağırıb.

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner X (tvitter) hesabında bununla bağlı  paylaşım edərək bildirib ki, Şimali Koreya qoşunları Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edərsə, ABŞ  hərbi əməliyyatlarda birbaşa iştirak etmək barədə ciddi düşünməlidir.

"Şimali Koreya qoşunları Rusiya ərazisindən Ukraynaya hücum edərsə Ukraynaya cavab vermək üçün Amerika silahlarından istifadə etməsinə icazə verilməlidir",- Turner qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.