Day, Month 00, Year
00: 00: 00 AM
İrəvan səhər qərbpərəst, günorta iranpərəst, axşamsa rusiyayönümlüdür - Akopyan

İrəvan səhər qərbpərəst, günorta iranpərəst, axşamsa rusiyayönümlüdür - Akopyan


Ermənistanın siyasəti səhər qərbpərəst, günorta iranpərəst, axşam isə rusiyayönümlüdür.
Sahibkartv.az xəbər verir ki, bunu siyasi texnoloq Vigen Akopyan  deyib.
“Ermənistan elə bir dövlətdir ki, onun ictimai həyatı da xarici amillərlə müəyyənləşir”, - politoloq deyib.
Onun sözlərinə görə, bir çox hallarda xarici siyasətin daxili siyasətin törəməsinin davamı olduğunu deyirlər, amma təəssüf ki, Ermənistanda daxili siyasət xarici mühitin, impulsların, çağırışların törəməsidir.
“Ermənistanın siyasəti səhər qərbpərəst, günorta iranpərəst, axşam isə rusiyayönümlüdür. Bu, çirkin hiylədir, siz Rusiyanı və Qərbi aldatmağa çalışırsınız, sonra məlum oldu ki, Ermənistan hökumətinin xarici siyasət prioriteti çoxdan dediyim Türkiyədir”, - Akopyan qeyd edib.

Tarix: 10-10-2024, 19:11 Oxunub: 21


Bölməyə aid digər xəbərlər