Yeni Nəsil Sahibkarların Ortaq Mottosu: “Gəlir Yox, Qürur Lazımdır”
22:12 / 11-07-2025
Rəqəmsal Dünyada “Şəxsi Sükut Hücrəsi” Trendi
21:53 / 11-07-2025
Məhsul Deyil, Məqsəd Satılır
21:18 / 11-07-2025
Sahibkarların Yeni İmzası: "Sosial Kapital Portfeli"
20:50 / 11-07-2025
Onlayn İşlər üçün “Fikri İqlim” Proqramı Hazırlanır
20:30 / 11-07-2025
İş Görərkən Dincəlmək: Hibrid Mərkəzlər Artır
20:22 / 11-07-2025
Ən Yeni İş Forması: “Rəqəmsal Bağbanlıq”
19:45 / 11-07-2025
“İstirahət Startapları”: Boş Vaxtı İşə Çevirən Yeni Sənaye
19:30 / 11-07-2025
Sahibkarlar “Zehni Tükənmə”yə Qarşı Yeni Model Yaradır
19:19 / 11-07-2025
Online Mentorluq Yeni Bir Sahəyə Çevrilir
18:39 / 11-07-2025
"Səyahət İşçiləri": Pasportla Pul Qazanmaq
18:30 / 11-07-2025
Müasir Sahibkarlıq üçün Yeni Açar: "Yavaş Genişləmə Strategiyası"
18:20 / 11-07-2025
"Qəhvəxana Sahibkarlığı": Ofissiz İşlərin Yeni Məkanı
17:47 / 11-07-2025
"Təhlükəsiz Şəhərlər" Konsepti Yüksəlişdədir
17:30 / 11-07-2025
Yeni Sahibkar Nəsli Artıq Mənfəətə Yox, Əsərə Baxır
17:17 / 11-07-2025
Ofis Olmadan İş Görmək Artıq “Sosial Status” Sayılır
16:45 / 11-07-2025
Onlayn Təhlükəsizlik Mütəxəssislərinə Qlobal Axtarış Artır
16:16 / 11-07-2025
Prezidentin xarici siyasəti xalqın gözündə
16:00 / 11-07-2025
İşsiz Günlər Arzuolunan Həyata Çevrilir: Yeni “Boşluq Sənəti”
15:44 / 11-07-2025
Gələn həftədən bağçalara qəbul başlayır
15:30 / 11-07-2025
Yeni Nəslin Hədəfi: İcazəsiz Ofissiz Pul Qazanmaq
15:24 / 11-07-2025
Şənbə günü havanın temperaturu 40 dərəcəyədək artacaq
14:16 / 11-07-2025
Prezidentdən Miqrasiya Xidməti ilə bağlı FƏRMAN
13:03 / 11-07-2025
İlham Əliyev bələdiyyələrlə bağlı bu qanunu təsdiqlədi
12:57 / 11-07-2025
Prezident gürcüstanlı naziri qəbul etdi - FOTOLAR
12:28 / 11-07-2025
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
12:17 / 11-07-2025
ADY Çin şirkəti ilə anlaşma imzaladı
11:31 / 11-07-2025
Bu ərazilərdə qumbara, partlayıcı və silah aşkarlandı - Video
11:13 / 11-07-2025
Bitkoinin qiyməti rekordunu yenilədi
11:08 / 11-07-2025
ABŞ-dan Azərbaycanın qonşusu ilə bağlı xəbərdarlıq
11:04 / 11-07-2025
İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur...
11:00 / 11-07-2025
ABŞ və İsrailin Yaxın Şərqi dizayn etməsi, "Ərəb baharı"nın davamı, Ərdoğanın təklifi

Yaxın Şərqdə 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlanan hərbi toqquşmanın coğrafiyası gedikcə genişlənməkdədir. HƏMAS-ın qalası hesab edilən Qəzza bölgəsində nəzarəti ələ keçirən İsrail şimal sərhədlərində özünə təhdid bildiyi Livandakı "Hizbullah"ı sıradan çıxarmaq istiqamətində əməliyyatını davam etdirir.
Gözlənildiyinin əksinə olaraq İsrail çıx qısa zamanda həyata keçirdiyi fərqli taktiki əməliyyatlarla Yaxın Şərqdə "Hizbullah" kimi güclü və mütəşəkkil bir orduya malik təşkilatı demək olar sıradan çıxarmağı bacardı. Hazırda "Hizbullah" vahid komandalıq formasında deyil, pərakəndə formada İsrailə müqavimət göstərməkdədir. Əməliyyat şəraiti indiki templə davam edərsə, yaxın zamanda İsrail ordusu "Hizbullah" üzərində də nəzarətini təmin edəcək.
İsrail "Hizbullah"ı və İranın bölgədəki digər proksi güclərini zərərsiz vəziyyətə gətirmək üçün bir neçə gündür ki, Suriyanı da hədəf seçib. İsrail ordusu Livanda "Hizbullah"la yanaşı, Suriya ərazisindən ehtimal olunan təhdidlərin qarşısını almaq üçün "Hizbullah"ın bu ölkədəki dayaqlarını sıradan çıxarmaq istiqamətində hücumlar təşkil etməkdədir. Çünki Suriya ərazisində "Hizbullah" və İranın SEPAH qüvvələri və digər İran dəstəkli hərbi dəstələr, silah-sursat mövcuddur. İsrail ordusu həmin qüvvələrlə yanaşı, digər ölkələrdən "Hizbullah"a dəstək vermək üçün gələnləri sıradan çıxarmağa çalışır.
Bir neçə gün öncə "Haaretz" nəşri Suriya, İraq və Yəməndən 40 minə yaxın döyüşçünün Colan təpələri yaxınlığında cəmlənməsi və onların İsrailə təhdid yaratma ehtimalı barədə məlumat dərc edib. Digər tərəfdən İsrail mediası "Hizbullah"a sarsıdıcı zərbə vurulmasına baxmayaraq hərəkatı hələ də İsrail üçün təhdid gücünə malik qüvvə hesab edir. Ona görə də İsrail bölgədə hərbi əməliyyat şəraitinin coğrafiyasını genişləndirməklə vəziyyəti nəzarətə keçirmək istəyir.
İsrailin hərbi əməliyyat şəraitinin genişləndirməsini şərtləndirən amillərdən biri də beynəlxalq aləm tərəfindən sərt təzyiq və qınaqla üzləşməməsidir. İsrail Livandan fərqli olaraq Qəzzada HƏMAS-a qarşı hücumlarda beynəlxalq aləmin daha sərt müqaviməti ilə üzləşdi. ABŞ belə "Hizbullah" lideri Həsən Nəsrullahın ölümünə görə İsrailə haqq qazandırdı.
Hətta Tehran belə "Hizbullah"a Qəzzada HƏMAS-a verdiyi mənəvi və siyasi dəstəyi verə bilmədi. "Hizbullah"dan imtina görünütüsü yaradan Tehran sanki Yaxın Şərqdəki məğlubiyyəti ilə hesablaşıb. Tehranın sərgilədiyi mövqe isə sadəcə görüntü xatirinə edilən hərəkət kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, son hadisələrdən sonra "Hizbullah"ın da İrana olan inamları qırılıb. Hətta hərəkat üzvləri Tehranı "Hizbullah"ı İranın oyunlarına qurban verdiklərinə görə xəyanətdə ittiham edirlər. Bir çoxları Seyid Haşim Safiəddinin də "Hizbullah"ın yeni lider seçilməsinə imkan verilməməsini bununla izah edirlər.
Bütün bunlar onu deməyə əsas verir ki, başda ABŞ olmaqla mütləq əksəriyyət Qərb ölkələrinin İsrailə dəstəyi ilə Yaxın Şərqin yeni dizaynı formalaşdırılır.
Yaxın Şərqdə baş verən bu hadisələri həm də ABŞ-nin 2010-cu ildə başlatdığı "Ərəb baharı"nın davamı hesab etmək olar. Çünki ABŞ-nin Şimali Afrikada uğurla həyata keçirdiyi "Ərəb baharı", Yaxın Şərqdə, xüsusən də Suriyada İranın Yaxın Şərqdəki proksi güclərinin, o cümlədən Rusiya və Çinin müqaviməti nəticəsində "Ərəb baharı" uğur qazanmayaraq iflasa uğradı.
Yaranmış şəraitdə ABŞ İsrailə dəstək verməklə Yaxın Şərqdə İranı bölgədən sıxışdırıb çıxarmaq üçün proksi güclərini sıradan çıxarmağı qarşısına hədəf qoyub.
İsrail bu yolla təhlükəsizliyinə ciddi təhdid hesab etdiyi İranı zərərsizləşdirir. Qərb isə Yaxın Şərqdə öz mövqeyini möhkəmlədib bölgə ilə bağlı növbəti planlarını həyata keçirməyə çalışır. Bu plan Qərbin oyunlarının tərkib hissəsi olduğundan İsrailə hərtərəfli dəstək verirlər.
Başda ABŞ olmaqla Qərb hesab edir ki, Yaxın Şərqdə İranın proksi gücləri sıradan çıxarılarsa, digər Rusiya, Çin, Türkiyə kimi gücləri daha asan formada zərərsizləşdirmək olar.
Qərbin və İsrailin Yaxın Şərqdəki yeni dizaynına əsasən bölgənin yeni siyasi xəritəsinin yaradılmasıdır. Bu dizayna əsasən isə bəzi ölkələrin tamamən dünyanın siyasi xəritədən silinməsi, bəzi ölkələrin parçalanması və ya siyasi xəritəsinə dəyişikliklər edilməsi nəzərdə tutulur. Əgər Yaxın Şərq ölkələri, xüsusən də müsəlman ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul edərlərsə, o zaman bu məkrli planın qarşısını ala bilər. Bu barədə sentyabrın 30-da mövqeyini açıqlayan Türkiyə Prezidenti Ərdoğan İslam dünyasını və dünyanın bütün vicdanlı ölkələrini bu müasir barbarlığa qarşı birləşmək barədə çağırış edib. "Təhlükə hər keçən gün daha da böyüyəcək. Bu ittifaq qurulmazsa, İsrailin hücumları təhlükəsi artacaq", - Ərdoğan bəyan edib.
Müsləman ölkələri Ərdoğanın çağırışına müsbət reaksiya verib tez bir zamanda birliyə nail ola bilməsələr, İslam ölkələrinə qarşı başladılan bu məkrli oyunlar qarşısıalınmaz bir prosesə çevriləcək. Münaqişə coğrafiyası zamanla genişlənəcək və bu böhran bütövlükdə Yaxın Şərqin bütün ölkələrini əhatə edəcək. Onsuz da baş verən proseslə hansısa fomada öz təsirini göstərməkdədir. Amma günün birində isə bütün bölgə ölkələri birbaşa münaqişəyə cəlb olunmuş vəziyyətlə üz-üzə qalmış olacaqlar. Başlanan prosesin qarşıdakı dönəmdə Yaxın Şərqə yaxın olan digər bölgələrə keçmə ehtimalı da istisna deyil.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-10-2024, 20:11 Oxunub: 117
Bölməyə aid digər xəbərlər
25-09-2024, 14:55
Hizbullah nədir və İsrail hansı səbəbdən Livanın arxasınca gedir?
15-09-2024, 18:19
İsrailin baş naziri Netanyahu Yəməndə ballistik raket hücumu həyata keçirən Husiləri hədələyib
7-09-2024, 14:00
İsrailin Qəzzaya hücumları nəticəsində daha 37 fələstinli ölüb
3-08-2024, 10:51
AK Partiya sözçüsü Ömər Çelikdən İsrailli nazirə reaksiya
26-07-2024, 12:47
AK Partiya sözçüsü Çelik: Netanyahunun alqışlanması insan haqlarının tapdalanması deməkdir
3-07-2024, 15:29
Nazirlər Kabinetinin iclasının qərarları və nəticələri açıqlanıb!
11-10-2023, 10:30
"Skripkanı çalan Fransadır" - PREZİDENT QARABAĞDAKI VƏZİYYƏT BARƏDƏ GENİŞ MƏLUMAT VERDİ
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
5-03-2023, 08:00
"Bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır"
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
27-06-2022, 09:15
İlham Əliyev Kəlbəcərdə “N” saylı hərbi hissənin açılışında iştirak edib
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
28-01-2022, 21:58
YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO