Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dörd uşağın ölümü: Ailə faciəsinin sirri açılır - Naməlum həşərat

Baxış: 202
Dörd uşağın ölümü: Ailə faciəsinin sirri açılır - Naməlum həşərat


Rusiyanın Krasnoyarsk diyarının Krasnaya Sopka kəndindən olan dörd uşağın ölümcül zəhərlənməsinin prioritet versiyası onların orqanizminə naməlum həşərat daxil olması hesab edilir.
Sahibkartv.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi öz saytında məlumat yayıb.
İdarədən bildirildiyinə görə, məhkəmə-kimyəvi ekspertiza zamanı insektisid maddənin tərkib hissələri müəyyən edilib.
Bundan əvvəl “Rospotrebnadzor” zəhərlənən ailənin nahar etdiyi qidaların ekspertizasının nəticələrini dərc edib. Mütəxəssislər məhsulların bütün məcburi sanitariya və kimyəvi standartlara cavab verdiyini müəyyən ediblər.
Krasnoyarsk diyarının Krasnaya Sopka kəndində yaşayan altı nəfərdən ibarət ailənin zəhərlənməsi sentyabrın 21-də məlum olub. Nəticədə, yalnız bir yetkin kişi və qadın xilas edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.