Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Özbəkistan mediası Gəncə terrorundan yazır

Baxış: 250
Özbəkistanın “fikr.uz, “interpress.uz” və “kun.uz” portalları özbək və rus dillərində Gəncənin raket atəşinə tutulmasını pisləyən məqalələr çap edib.
QanunXəbər.com xəbər verir ki, Ermənistan dövlət səviyyəsində Azərbaycanın şəhər və kəndlərində yaşayan dinc əhaliyə qarşı terror aktları həyata keçirir.
“fikr.uz”, “interpress.uz” saytları yazır ki, bu haqda ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib: “Daxili prosedurlar başa çatdıqdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub.
Saytlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verir, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfdən işğal olunması diqqətə çatdırılır.
“kun.uz” portalı Türkiyənin Anadolu agentliyinə istinadla bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların heç bir nəticə vermədiyini bildirib. “Otuz ildir ki, toplaşırlar, danışırlar, dağılışırlar. Bir münaqişənin müzakirələri otuz il çəkərmi?”, - Türkiyə Prezidenti deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.