Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

1949-cu ildən bəri ən güclü tayfun! Şanxayda minlərlə insan təxliyə edilib

Baxış: 204
Çinin ən böyük şəhəri Şanxayda təsirli olan Bebinca qasırğası səbəbindən 400 mindən çox insan təxliyə edilib. Rəsmilər bunun 1949-cu ildən bəri Şanxayda baş verən ən güclü tayfun olduğunu bildiriblər.

Şanxay və qonşu şəhərlərdə uçuşlar, bərə və qatar xidmətləri dayandırılıb. Şanxay hava limanlarında yüzlərlə reys ləğv edilsə də, Şanxaydan təxminən 170 kilometr cənub-qərbdə yerləşən Hançjoudakı səlahiyyətlilər də 180-dən çox reysi ləğv etməyi planlaşdırır.

Yerli media 414 mindən çox insanın təxliyə edildiyini bildirib.

25 milyon əhalisi olan Şanxay, adətən daha cənuba Çinə çatan güclü tayfunlardan nadir hallarda təsirlənir.

Digər tərəfdən Vyetnamın şimalını təsir altına alan Yagi qasırğasının səbəb olduğu fəlakət və qəzalarda ölənlərin sayının 230-a yüksəldiyi bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.