“Festival” adı altında keçirilən nümayişdə PKK tərəfdarları terror təşkilatının cır-cındırlarını daşıyaraq lider Abdullah Öcalanın azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
Fransa Xarici İşlər Nazirliyi AA müxbirinin PKK-nın Avropa Birliyi və Fransa tərəfindən terror təşkilatı kimi tanındığı bir vaxtda təşkilata aid cır-cındırlardan istifadə edilərək terror təbliğatının aparıldığı bu nümayişə niyə icazə verildiyi ilə bağlı sualını hələ cavablandırmayıb. .
Türkiyə Fransa prezidenti Emmanuel Makronun 2021-ci ildə terror təşkilatı PKK/PYD/YPG-nin nəzarətində olan qondarma “Suriya Demokratik Şurası” üzvləri ilə görüşünü pisləyib.





































