Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransa prezidenti Makron Almaniya prezidenti Ştaynmayerlə görüşüb

Baxış: 192
Yelisey Sarayından verilən açıqlamada Makronun Almaniya prezidenti Ştaynmayeri qonaq etdiyi bildirilib.

Açıqlamada iki liderin görüşü ilə Almaniya və Fransa arasındakı “bənzərsiz münasibət”in bir daha vurğulandığı, Makron və Ştaynmayerin Avropanın rəqabət qabiliyyəti üçün ortaq araşdırmaların aparılmasının vacibliyini vurğuladığı bildirilib.

Bildirilib ki, liderlər beynəlxalq hadisələri, o cümlədən ABŞ-da keçiriləcək seçkiləri də müzakirə ediblər və Rusiyaya qarşı döyüşən Ukraynaya “sarsılmaz dəstək”lərini vurğulayıblar.

Digər tərəfdən, iki liderin Yaxın Şərqdəki proseslərdən "dərin narahat olduqları" ifadə edildi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.