Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya prezidenti Putin uzun illərdən sonra Şimali Qafqaza səfər edib

Baxış: 215
Rusiya prezidenti Vladimir Putin uzun illərdən sonra Şimali Qafqaza bir sıra səfərlər edib.

Putin Azərbaycandakı təmaslarından sonra Şimali Qafqaz federal regionunun 3 müxtəlif respublikasına işgüzar səfər edib.

Putin əvvəlcə çərkəzlərin daha çox yaşadığı Kabardin-Balkar Respublikasının rəsmiləri ilə Nalçikdə görüşüb və oradan Şimali Osetiya-Alaniya Respublikasına keçib.

Bildirilib ki, 2004-cü ildə Beslanda qətliam baş verən məktəbə və Mələklər şəhəri abidəsinə baş çəkən Putin bölgəyə sonuncu dəfə 2008-ci ildə səfər edib.

13 İL SONRA Çeçenistana SƏFƏR

Putin daha sonra 2011-ci ildə baş nazir olduğu dövrdə səfər etdiyi Çeçenistana gedib.

Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində “könüllü döyüşçülərlə” görüşən Putin daha sonra paytaxt Qroznıda “İsa Məsih” adı verilən, Orta Asiya memarlıq üslubunda yeni tikilmiş 4 minarəli və 5 min nəfərlik məscidə baş çəkib.

QURANI HƏDİYYƏ ETDİ

Rusiya prezidenti Putin zərli və daş-qaşlarla bəzədilmiş əlyazma Quranı məscidə hədiyyə edib.

Qurani-Kərimi öpərək sinəsində tutan Vladimir Putin kameralar qarşısına keçib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.