Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

NASA: Norveçin Svalbard adalarında buzlaqların əriməsi rekord həddə çatıb

Baxış: 215
NASA İqlim Xidməti Norveçin Svalbard arxipelaqındakı buzlaqların yüksək temperatur səbəbindən rekord səviyyədə əriməyə başladığını açıqlayıb.

Açıqlamada deyilir: “Yayın yüksək temperaturu Norveç arxipelaqında buzlaqların rekord dərəcədə əriməsinə səbəb olub. Dünyanın ən şimalındakı bəzi buzlaqların yerləşdiyi Svalbard planetin ən sürətlə istiləşən yerlərindən biridir. “Buzlaqlar iyulun 23-də bütün zamanların gündəlik səth əriməsi rekordunu qırıb”, - deyə məlumatda bildirilir.

Norveçin Svalbard arxipelaqı qlobal orta göstəricidən 6 dəfə daha sürətlə istiləşir. Alimlərin fikrincə, qütb ayılarının risk altında olduğu Svalbard iqlim dəyişikliyinin ən aydın şəkildə müşahidə edildiyi bölgədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.