Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp Netanyahunu atəşkəsə və “ictimaiyyətlə əlaqələri uğurlu idarə etməyə” çağırıb

Baxış: 269
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın Fox News kanalına açıqlama verib.

İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən bir gün əvvəl Tramp HƏMAS ilə İsrail arasında müharibənin dərhal dayandırılmasına və girovların qaytarılmasına çağırıb və İsrailin “ictimaiyyətlə əlaqələri” daha yaxşı idarə etməli olduğunu deyib.

Sabiq prezident İsrail baş nazirinin ABŞ Konqresindəki çıxışına etiraz edənləri də tənqid edib və ABŞ bayrağına hörmətsizlik edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Milyarder İlon Maskın seçkilərdə ayda 45 milyon dollar ianə verməsindən danışan Tramp, “O, mənə heç vaxt belə bir söz demədi” deyib.

ABŞ Konqresində sürəkli alqışlarla qarşılandı
Xəbərlərə Baxın
Dünən bir çox demokratın qatılmadığı Konqresin iclasında çıxış edən Netanyahunun sabah prezidentliyə namizəd Trampla görüşü olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.