Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Seçki sorğusu: Sui-qəsd cəhdindən sonra Trampın səs nisbəti 52 faizə yüksəldi

Baxış: 291
CBS News noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı vətəndaşlardan 16-18 iyul tarixlərində kimə səs verəcəklərini soruşub.

Sorğuya görə, Donald Tramp ona qarşı sui-qəsd cəhdindən sonra rəqibi Bayden üzərindəki üstünlüyünü artırıb.

İyulun 3-də keçirilən sorğuya görə yüzdə 50 səs alacağı təxmin edilən Tramp hazırkı anketdə səs nisbətini yüzdə 52-yə yüksəldib.

İyulun 3-də keçirilən sorğuda Baydenin səs nisbəti 48 faiz olduğu halda, hazırkı sorğuda 47 faizə düşüb.

Sorğu iştirakçılarının 54 faizinin fikrincə, Tramp ona qarşı sui-qəsd cəhdindən sonra birləşdirici mövqe tutub.

Baydenin seçkidən geri çəkiləcəyi təqdirdə Demokratların namizədi kimi qəbul edilən Trampla vitse-prezident Kamala Harris arasında qarşıdurma yaranarsa, keçmiş prezident yenidən irəlidə görünür.

Belə olan halda Trampın 51 faiz, Harrisin isə 48 faiz səs alacağı təxmin edilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.