ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında ABŞ müdafiə naziri Lloyd Ostin ilə Rusiya müdafiə naziri Andrey Belousov arasında keçirilən görüş barədə məlumat verib.
Sinq bildirib ki, Ostin rusiyalı həmkarı ilə telefon danışığında “Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi zamanı rabitə xətlərinin saxlanmasının vacibliyini vurğulayır”.
Görüşün Rusiya tərəfinin təşəbbüsü ilə keçirildiyini deyən Sinq iki müdafiə naziri arasında söhbətin təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.
Ostin və Belousov sonuncu dəfə iyunun 25-də telefonla danışıblar.





































