Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İtaliyada Afrikadan qaynaqlanan həddindən artıq isti dalğası: 7 şəhərdə "Qırmızı" xəbərdarlıq edilib

Baxış: 283
Afrikadan gələn həddindən artıq istilər səbəbindən İtaliyanın 7 şəhərində sabah üçün "qırmızı" xəbərdarlıq elan edilib.

Sabahdan etibarən ölkədə təsirli olacaq Afrika istiləri ilə bağlı İtaliya Səhiyyə Nazirliyi tərəfindən xəbərdarlıq edilib.

Xəbərdarlıqda paytaxt Roma, Kampobasso, Frozinone, Latina, Perugia, Rieti və Trieste başda olmaqla 7 şəhər üçün xüsusilə sabah üçün "qırmızı" xəbərdarlıq edilib.

Bildirilib ki, sözügedən xəbərdarlıq təkcə zəif və həssas insanları deyil, hər kəsi əhatə edir.

Mətbuatda yer alan xəbərdə Afrikadan qaynaqlanan yüksək temperaturun sabahdan etibarən 10 gün ərzində ölkəni təsir altına almağa davam edəcəyi də bildirilib.

Qeyd edilib ki, Siciliya və Sardiniya adalarında həddindən artıq isti hava şəraitinin 43 dərəcəyə çatacağı gözlənilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.