Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə telefonla danışıb.
Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Əliyev Pezeşkiyanı prezident seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Əliyevə təşəkkür edən Pezeşkiyan İran ilə Azərbaycan arasında əlaqələrin hər sahədə inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
İran və Azərbaycan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyinə toxunulan görüşdə Əliyev və Pezeşkiyan iki ölkəni maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Əliyev Pezeşkiyanı Azərbaycana, Pezeşkiyan isə Əliyevi İrana dəvət edib. Hər iki lider dəvəti qəbul edib.





































