Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp ABŞ-ın xarici peyvəndlərin tətbiqinə hazır olduğunu bildirib

Baxış: 293
ABŞ Prezidenti Donald Tramp başqa ölkələrin koronavirus peyvəndlərinin Birləşmiş Ştatlarda tətbiqini istisna etmir. QanunXəbər.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ rəhbərinin özü ilk olaraq peyvənd etdirməyə hazırdır.

O, Trampın özündən sitat gətirib: "Mənim üçün tipik olmayan bir şey söyləyəcəm, amma həqiqətən mənə fərqi yoxdur, sadəcə işə yarayan bir peyvəndin olmasını istəyirəm və başqa bir ölkənin bunu etməsi məni maraqlandırmır".

Beləliklə Makineni ABŞ liderinin Rusiya və Çinin istehsalı olan vaksinlərin ölkəyə cəlb etməyə hazır olması barədə suala cavab verib. Bu halda ABŞ liderinin mətbuat katibi vurğulayıb ki, Ağ Evin fikrincə, Oksford Universiteti (Böyük Britaniya) alimlərinin Britaniya-İsveçin “AstraZeneca” əczaçılıq şirkəti ilə birgə hazırladığı peyvəndə daha çox ümid bəslənilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.