Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-ın Nyu-Meksiko ştatında meşə yanğını səbəbindən 7 min insan təxliyə ediləcək

Baxış: 235

ABŞ-ın Nyu-Meksiko ştatında baş verən meşə yanğını səbəbindən 7 min insanın təxliyəsi qərara alınıb
ABŞ-ın Nyu-Meksiko ştatında meşə yanğınının sürətlə yayılması səbəbindən 7 min insanın təxliyəsi qərara alınıb.

Nyu-Meksikoda yerləşən "Koat" xəbər kanalının məlumatına görə, ştatın Ruidoso kəndinin meşə sahəsində baş verən yanğın sürətlə yayılıb.

Səlahiyyətlilər 7 min insandan əşyalarını toplamadan evlərini tərk etmələrini istəyib.

Təxminən 5 kvadrat kilometr ərazini əhatə edən yanğınla əlaqədar təhlükəsizlik məqsədilə kəndin bir hissəsinə elektrik enerjisi verilişi kəsilib.

Kənddən 121 kilometr aralıda yerləşən Rosvel şəhərində çoxlu təxliyə mərkəzləri yaradılıb.

Yanğın nəticəsində yaranan tüstü səbəbindən Ruidoso kəndi və onun ətrafında “havanın keyfiyyəti pis” siqnalı verilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.