Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlər görüşüb, konkret addımların atılması ilə bağlı razılığa gəlinib

Baxış: 313

Azərbaycan və Özbəkistanın kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib

Nazirlər görüşüb, konkret addımların atılması ilə bağlı razılığa gəlinib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Özbəkistanda rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov və Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov arasında ikitərəfli görüş keçirilib. 
Sahibkartv.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında hazırlanan Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ətraflı müzakirə olunub. Tərəflər əsas əməkdaşlıq istiqamətlərinin Yol Xəritəsi üzrə müəyyənləşdirilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar. 

Görüşdə Azərbaycanla Özbəkistan arasında kənd təsərrüfatının ipəkçilik, fındıqçılıq, şərabçılıq, kənd təsərrüfatı maşınqayırması və digər sahələrdə ən qısa zamanda konkret addımların atılması ilə bağlı razılığa gəlinib. 
Eyni zamanda, görüşdə sentyabrın 26-da Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirləri 2-ci Toplantısı və “Aqrobiznes forumu” tədbiri ilə bağlı məsələlər də müzakirə olunub. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.