Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən ölkə ol

Baxış: 313


Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən ölkə olub


Türkiyənin iyun ayında idxal etdiyi qazın həcmi 2 mlrd. 332 mln. 420 min kubmetr olub.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Məlumata görə, iyunda idxal olunan ən çox təbii qazın həcmi Azərbaycandan olub.

Belə ki, qeyd olunan dövrdə Azərbaycandan qardaş ölkəyə 743 mln. 680 min kubmetr qaz ixrac olunub ki, bu da ötən illə müqayisədə 2% artım deməkdir.
Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr siyahısında Rusiya ikinci (707 mln. 520 min kubmetr), İran isə üçüncüdür (419 mln. kubmetr). Bu iki ölkədən qaz idxalı müvafiq olaraq 58,1% və 50,9% azalıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.