Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BP və SOCAR İsraildəki dəniz bloklarında təbii qaz kəşfiyyatı üçün müraciət edib

Baxış: 403


BP və SOCAR İsraildəki dəniz bloklarında təbii qaz kəşfiyyatı üçün müraciət edib
Böyük Britaniyanın enerji şirkəti olan BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Aralıq dənizində İsrailin dəniz hissəsində kəşfiyyat işlərinin aparılması üçün lisenziya almaq məqsədilə tenderdə iştirak edib.
“Sahibkartv.az” “Reuters”ə istinadən xəbər verir ki, söhbət burada aşkarlanan “Leviafan” və “Tamar” yataqlarının yaxınlığında yerləşən bloklarda təbii qaz ehtiyatları ilə bağlı kəşfiyyat işlərindən gedir.
BP və SOCAR İsrailin “NewMed Energy” şirkəti ilə birlikdə ötən bazar günü başa çatan dördüncü lisenziyalaşdırma mərhələsində iki dəniz bloku üçün müraciət edib.
“NewMed” artıq “Leviafan” yatağında təbii qaz hasilatı ilə məşğuldur. Şirkət bu yataqda 45 %-dən çox paya sahibdir.
Hərracın qalibləri bu ilin dördüncü rübündə açıqlanacaq

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.