Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident: "Türkiyənin ilk yerli elektromobilinin ikincisinin Azərbaycanda olması dostluq və qardaşlığımızın təzahürüdür"

Baxış: 247


Türkiyənin ilk yerli “Togg” elektromobilinin ikincisinin ölkəmizdə olması dostluq və qardaşlıq münasibətlərimizin təzahürüdür.
"Sahibkartv.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edərkən deyib.
Dövlət başçısı qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu qeyd edib. Azərbaycan Prezidenti vurğulayıb ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəlib və “Togg”un istehsalına başlanması da bu baxımdan yaxşı nümunədir.
Prezident İlham Əliyev əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş türk xalqına təbriklərini çatdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.