Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda Rusiya ilə birgə feromon tələlərinin istehsalına başlanılacaq

Baxış: 258


Azərbaycanda Rusiya ilə birgə feromon tələlərinin istehsalına başlanılacaq
Bu il Azərbaycanda feromon və rəngli tələlərin istehsalı üzrə Rusiya ilə birgə istehsalın işə salınması planlaşdırılır.
“Sahibkartv.az” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, layihə Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU “VNIIKR”) alim və mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu məsələ Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində, “VNİİKR” Federal Dövlət Büdcə Qurumunun direktoru Yevgeni Nazinlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev arasında keçirilən görüşdə müzakirə edilib.
Danışıqlar zamanı tərəflər iki ölkənin mütəxəssisləri arasında qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsini, eləcə də birgə elmi tədqiqatların aparılması məsələlərini müzakirə ediblər.
Bundan başqa, "VNIIKR" Federal Dövlət Büdcə Təşkilatının əməkdaşlarının materialların və kolleksiyaların arxivdə saxlanması ilə bağlı təcrübəsini bölüşdükləri entomoloji fondun yaradılmasına yanaşmalar müzakirə edilib.
Qeyd edilib ki, alim və mütəxəssisləri arasında əməkdaşlığın inkişafı Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.