Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə təbii qaz axtarışı üçün Aralıq dənizinə nəhəng gəmisini yola saldı

Baxış: 4 477

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimlə Mersinin Taşucu Limanında "Abdülhamid Han" adlı qazma gəmisi yola salınıb. 12 min 200 metrədək qazma işini həyata keçirən bilən gəmi təbii qaz axtarışı ilə məşğul olacaq.
Sahibkartv.az xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib:
"Bu gün "Abdülhəmid Han" gəmimizi mavi vətənə, yeni qazma marşrutumuzu Şərqi Aralıq dənizinə göndəririk. "Abdülhəmid Han" gəmimizi Qazi Paşadan 55 kilometr uzaqlıqdakı "Yörüklər-1" quyusuna göndərəcəyik".
Gəminin uzunluğu 238 metr, eni isə 42 metrdir. Onun hündürlüyü 112 metrdir. 12 min 200 metr qazma qabiliyyətinə malik olan gəminin heyəti 200 nəfərdir. 9 mərtəbəli gəminin helikopter meydançası da var. Gəminin üstün texnologiyası ilə dünyada nadir qazma gəmiləri arasında olduğu bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.