Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ekspert: "Beynəlxalq birlik Azərbaycan torpaqlarındakı minalardan narahatdır"

Baxış: 584
"Beynəlxalq birlik Azərbaycan torpaqlarının minalanmış olmasından narahatdır".
“Sahibkartv.az” xəbər verir ki, bunu Pakistanın Qlobal və Strateji Tədqiqatlar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm jurnalistlərə bildirib.
Ekspert Ermənistanı Azərbaycanın azad olunmuş ərazilərindəki minalanmış sahələrə dair səhih xəritələr təqdim etməyə, beynəlxalq birliyi də bu məsələdə dəstək verməyə çağırıb.
Şuşaya səfər etdiyini qeyd edən ekspert şəhərdə bərpa işlərinin yüksək sürətlə aparıldığını dilə gətirib: “Şuşada və başqa ərazilərdə infrastrukturun bərpası işləri böyük sürətlə aparılır. Dünən Füzulidə olduq, cəmi 8 ay kimi qısa müddət ərzində tamamlanmış hava limanı ilə tanış olduq”.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.