Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlik rəsmisi: “Bütün şəhərlərimizdə yüksək sürətli internet olacaq”

Baxış: 283
“Yaxın illərdə Azərbaycanda bütün şəhərlər yüksək sürətli internetlə təmin ediləcək”.
"Sahibkartv.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev jurnalistlərə açıqlamasında deyib.
“5G texnologiyalarından istifadə də qarşıya hədəf kimi qoyulub. Rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün müəyyən amillər gərəkdir. Bura rəqəmsal infrastrukturun təmin edilməsi, yüksək sürətli, əlçatan internetin ölkəmizi tam olaraq əhatə etməsi daxildir ki, qarşımıza hədəf qoymuşuq. Bu sahədə kifayət qədər işlər görülüb. Rəqəmsal iqtisadiyyatın inkişafı üçün digər məsələlər maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, ventur kapitalı, həmçinin startapların maliyyələşdirilməsi üçün müvafiq şəraitin yaradılmasıdır”, - o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.