
İqtisadiyyat Nazirliyindən Sahibkartv.Az-a verilən məlumata əsasən, nazir Mikayıl Cabbarov yeni təyin olunmuş nazir müavini Rövnəq Abdullayevi kollektivə təqdim edib.
Nazir yeni təyinat münasibətilə Elnur Əliyevi və Rövnəq Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.





































