Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş bankir bahalaşmadan DANIŞDI

Baxış: 233

2021-ci ildə Azərbaycanda fiskal sabitlik təmin edilib.
Sahibkartv.az​​​​ xəbər verir ki, bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov 2022-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə əsasən, dövlət borcunun səviyyəsi məqbuldur. Elman Rüstəmov bildirib ki, 2021-ci ilin əvvəlindən Azərbaycanda pul bazası artıb.
O bildirib ki, xarici təsirlər milli iqtisadiyyatda inflyasiyasının səviyyəsinə təsir edir.
“Biz artıq inflyasiyanın hədəflənməsi rejiminə keçmişik. Bu, iqtisadiyyatda inflyasiyanın trayektorasını müəyyən edəcək”, - deyə Elman Rüstəmov əlavə edib.
O bildirib ki, Azərbaycanda bəzi məhsulların qiymətinin bahalaşması təbii amillərlə əlaqədar olsa da, bəziləri süni qiymət artımına məruz qalır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.