16:06 / 08-10-2024
16:00 / 08-10-2024
15:35 / 08-10-2024
14:14 / 08-10-2024
13:33 / 08-10-2024
13:16 / 08-10-2024
13:09 / 08-10-2024
12:01 / 08-10-2024
11:56 / 08-10-2024
11:47 / 08-10-2024
11:41 / 08-10-2024
11:37 / 08-10-2024
11:03 / 08-10-2024
10:57 / 08-10-2024
10:22 / 08-10-2024
10:18 / 08-10-2024
10:01 / 08-10-2024
09:50 / 08-10-2024
09:46 / 08-10-2024
09:42 / 08-10-2024
09:37 / 08-10-2024
09:00 / 08-10-2024
23:13 / 07-10-2024
22:41 / 07-10-2024
22:00 / 07-10-2024
Rusiya ilə Qazaxıstan arasında “dil"” və “əlifba” gərginliyi güclənir. “Alaş aynası” qəzeti yazır ki, rus dilində fikirləşən gənclik qazax olduğunu unudur, başqa düşüncəni qəbul edir.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
Əlifba və dil məsələsi postsovet məkanında ən çox müzakirə olunan və mübahisə doğuran mövzulardan birinə çevrilib. Belə götürdükdə, sovet işğalından canını qurtarıb müstəqillik əldə edən ölkələrin bununla bağlı mövqeyi başadüşüləndir. Lakin milli identikliyi qoruyub saxlamaq, mənsub olduqları xalqı milli köklərə qaytarmağı hədəfləyən ölkələrin atdıqları addımlar heç də müsbət qarşılanmır. Və bu cəhd, siyasət, nədənsə müəyyən qüvvələr tərəfindən sərt tənqid olunur, müstəqil dövlətlərin atdıqları addımlar az qala millətçilik, qaragüruhun güclənməsi kimi xarakterizə edilir. Söhbət postsovet məkanında rus dili və rus əlifbasının dəyişdirilməsi cəhdlərinin süngü ilə qarşılanmasından gedir.
50 illik problem
Beləliklə, Kremlin təbliğat ruporunun hədəfi növbəti dəfə Qazaxıstan olub. Məsələ ondadır ki, postsovet məkanında rus dilinin hakim olduğu dövlətlər sırasında Qazaxıstan lider mövqedə olub. Rusların bu ölkədə sayı da kifayət qədərdir. Hələ sovet dövründə baş verən milli zəmində toqquşmalar da yaddan çıxmayıb. Ötən əsrin 80-ci illərinin ortalarında sovet rəhbərliyinin Qazaxıstanda milliyyətcə rusu hakimiyyətə gətirmək istəməsi toqquşmalara səbəb olmuşdu. Müstəqillik illərində bu zəmində ciddi bir qarşıdurma olmasa da, son illər bu istiqamətdə gərginlik hökm sürür. Xüsusən də, milli lider Nursultan Nazarbayevin latın əlifbasına keçidlə bağlı strategiyanı təsdiqləməsi, qonşu dövlətdə şovinist dairələri özündən çıxarıb.
“Dil patrulları”
Bu yaxınlarda “dil patrulları” ilə bağlı ortaya çıxan münaqişəni yada salaq. “Paturllar”ın təşkilatçılarını özündən çıxaran odur ki, gündəlik istifadədə rus dili qazax dilini üstələyib. Münaqişənin qarşısını almaq mümkün olsa da, rus mediasının iddia etdiyi kimi, problem böyüyür. Ölkədə kiril əlifbasından imtina edilməsi prosesi davam edir, rus dilinin statusu isə təbii ki, azalmağa doğru gedir. Siyasi elitanın nümayəndələri açıq şəkildə bu prosesi dəstəkləyir və bunu suverenliyin möhkəmləndirilməsi üçün əsas şərt hesab edirlər.
Birmənalı olmayan fikirlər
Qazax hakimiyyət orqanları “dil patrulları”nın təşkilatçısı Ahmedov barəsində cinayət işi açdığından, o, Ukraynaya qaçmalı olub. Ardınca da qazax rəsmiləri, başda prezident administrasiyasının sədr müavini Dauren Abayev “ekstremistləri” tənqid edərək onların yaratdığı “patrulları” “mağara millətçiliyi” adlandırıb. Lakin heç də qazax siyasi elitasınn bütün nümayəndələri tənqidi ruhda çıxış etməyib. Məsələn, prezidentin müşaviri Erlan Karin faktiki olaraq Abayevlə polemikaya girərək “dil patrulları”nı qonşu şimal dövlətində, xüsusən də, Rusiyada informasiya panikası ilə əlaqələndirib. Sadəcə millətçiləri sözlərində və hərəkətlərində bir qədər ehtiyatlı olmağa dəvət edib. Bu fonda Qazaxıstan mətbuatında rus dilinə qarşı tənqidi ruhda məqalə və yazıların sayı artmaqda davam edir. “Alaş aynası” qəzeti yazır ki, rus dilində fikirləşən gənclik qazax olduğunu unudur, başqa düşüncəni qəbul edir. “Kamşa” nəşrinin müəllifləri isə rus dilində təhsil verən məktəblərin pullu olması tələbi ilə çıxış edir.
“Qazaxlaşdırılman”ın çətinlikləri
İndi baş verənlər – “qazaxlaşdırılma”nın ilk cəhdi deyil. Rus mediası israrla vurğulayır ki, şüar və ideologiyaya baxmayaraq, rusdilli mühit üstünlük təşkil etməkdədir. Və sosioloqların hesablamalarına görə, məişətdə ölkə vətəndaşlarının 75 faizi rus dilindən istifadəyə üstünlük verir. Satılan kitabların 90 faizi, qəzetlərin 58, jurnalların 80 faizi rus dilində çıxır. Milli axtarış seqmentində əməliyyatların 96 faiz rus dilində edilir. Bu faktları qazax mediası da təsdiq edir. Telekanallarda milli verilişlərə üstünlük verilməsinə baxmayaraq, 54 faiz rus dilində verilişlərə baxır. Qazaxların 51 faizi rus dilində sərbəst danışır. Rusdilli siniflərdə şagirdlərin sayı, qazax məktəblərindəkindən çoxdur.
Ruslar ölkəni tərk edəcəklər?
Bir məsələ də var ki, dövlət aparatı rus dilində danışmağa üstünlük verir. Və bu mənzərə 30 ildir ki, dəyişmir. “Jasalaş” qəzeti yazır ki, məmurların siması qazax, dilləri isə rus dilidir. Söhbət tək abstrakt bürokratlardan deyil, gündəlik olaraq əhali ilə ünsiyyətdə olan müəllim və həkimlərdən gedir. Xəstəxanalarda sənədləşmə, praktiki olaraq rus dilində aparılır. Etnik cəhətdən 90 faizinin qazax olmalarına baxmayaraq, onlar baza səviyyəsində belə milli dili bilmirlər. Təsadüfi deyil ki, “dil patrulları”nın qurbanlarından biri məhz işdə rusca danışan həkim-nevroloq Emilya Qreçanik olub.
Baş nazirinin səfəri vəziyyəti dəyişəcək?
Yeri gəlmişkən, Rusiya baş naziri Mixail Mişustinin Qazaxıstana səfəri zamanı da rus dili, “dil patrulları” ilə bağlı məsələ müzakirə mövzusu olub. Lakin onun səfəri qalmaqallı bir hadisə ilə üst-üstə düşüb. Avrasiya inteqrasiyasının tərəfdarı olan hüquq-müdafiəçisi Yermek Tayçibekov həbs olunub. Sonra isə rusofob baxışları ilə seçilən Askar Umarov informasiya naziri təyin olunub. Bu şəxs “Kazinform”un baş redaktoru olan zaman məşhur bir fikri ilə yadda qalmışdı. Üzünü rus diasporuna tutaraq, problemlərini orada həll etməyi təklif etmişdi. Onunla yanaşı, qazax parlamentinin deputatı Aydos Sarım da ötən əsrin 30-cu illərində Qazaxıstanda yaşanan aclığın genosid kimi tanınmasını irəli sürüb. Qərb baxışları ilə seçilən deputatın bir neçə dəfə ABŞ-da olmasını rus mediası xüsusi qeyd edir. O, ABŞ-dan qayıtdıqdan sonra hakim “Nur-Otan” Partiyasına üzv olub. Prezidentin müşaviri Erlan Karin də vaxtilə “Oyan Qazaxıstan” hərəkatında təmsil olunub.
Bölməyə aid digər xəbərlər