Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində yanğınlar törədib - VİDEO

Baxış: 195

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd edib.
“Nuhçıxan” xəbər verir ki, son günlər Ermənistan tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədilir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır.
Düşmən müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir.
Əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər.
Düşmənin təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.

 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.