Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Dəniz kuboku” müsabiqəsinin keçiriləcəyi ərazi və təlim məşq qurğusuna baxış keçirildi - FOTO

Baxış: 290


“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən hakimlər komissiyasının və komandaların üzvləri tapşırıqların yerinə yetiriləcəyi ərazi və təlim məşq qurğusuna baxış keçirib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hakimlər komissiyası tərəfindən komandaların üzvlərinə müsabiqənin keçirilmə qaydaları izah olunub, mərhələlər üzrə şərtlər və təhlükəsizlik qaydaları çatdırılıb, digər təşkilati məsələlərlə bağlı ilkin təlimat keçirilib.
Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb.
Qeyd edək ki, müsabiqə avqustun 25-də başlayacaq və komandalar üç mərhələ üzrə güclərini sınayacaq.






Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.