Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Sevda Əlizadə İstanbul Ticarət Universitetinin rektoru ilə görüşüb - FOTOLAR

Baxış: 144

Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Sevda Əlizadə İstanbul Ticarət Universitetinin rektoru, professor Dr. Necip Şimşəklə görüşüb.

Sahibkartv.az xəbər verir ki, Görüş zamanı Azərbaycan–Türkiyə qardaşlıq münasibətləri, səhiyyə və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Səmimi və məhsuldar şəraitdə keçən görüşdə tərəflər səhiyyə və akademik mühit arasında əməkdaşlığın yeni imkanlarını müzakirə ediblər.

Görüşün sonunda İstanbul Ticarət Universitetinin rektoru Prof. Dr. Necip Şimşək tərəfindən Sevda Əlizadəyə təltif sertifikatı təqdim olunub.











Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.