Day, Month 00, Year
00: 00: 00 AM
Ombudsmandan Ermənistanın təxribatları ilə bağlı dünyaya ÇAĞIRIŞ


Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı növbəti dəfə açıqlama yayıb.
Sahibkartv.az xəbər verir ki, açıqlamada deyilir:
“Təəssüflə bildiririk ki, Ermənistan sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında sistemli şəkildə hərbi təxribatlar törətməkdə davam edir.
Belə ki, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.
Beynəlxalq hüququn norma və prinsiplərinə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş sülhə təhdid olan bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir və dünya ictimaiyyətini, müvafiq beynəlxalq təşkilatları Ermənistanın bu əməllərindən çəkindirilməsi istiqamətində qəti tədbirlər görməyə çağırırıq”.


Tarix: 16-08-2021, 12:41 Oxunub: 131


Bölməyə aid digər xəbərlər