Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhid ailələri və qazilər üçün İT kursları təşkil olunur - FOTO

Baxış: 317

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi ilə birgə şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil edir.
Nazirlikdən verilən məlumata görə, bu ayın əvvəlindən kurslara seçim mərhələsi başlayıb.
Müsahibələr zamanı namizədlərlə ilkin tanışlıq olur, onların peşə maraqları, layihədən istək və gözləntiləri öyrənilir.
Hazırda da davam edən seçim mərhələsində artıq 40 nəfər şəhid ailəsi üzvləri və qazi müsahibədə uğur qazanaraq kurslara cəlb olunub. Seçim mərhələsində namizədlərə Psixologiya Elmi-Tədqiqat İnstitutunun peşəkar mütəxəssisləri tərəfindən psixoloji dəstək tədbirləri də həyata keçirilir.
Dövlət Məşğulluq Agentliyinin “Peşə öyrən, işsiz qalma!” devizi ilə həyata keçirdiyi “Peşəkar” layihəsi çərçivəsində təşkil edilən kursları uğurla bitirənlərə İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək. Layihə çərçivəsində tərəfdaşlar tərəfindən onların işlə təminatına da dəstək göstəriləcək.
Kursa qeydiyyat davam edir və qoşulmaq istəyən şəxslər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.