Day, Month 00, Year
00: 00: 00 AM
TƏBİB: “Peyvəndin ilk dozasından altı həftə sonra qoruyuculuq yaranır” - VİDEO

“Koronavirus peyvəndinin ilk dozasından altı həftə keçmədiyi müddətdə bu infeksiyaya yoluxma təhlükəsi ilə üz-üzəyik”.
Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında TƏBİB rəsmisi, həkim-infeksionist Fərrux Sədirov deyib.
O bildirib ki, peyvəndin birinci dozasını vurduran şəxslər qorunma tədbirlərinə ciddi yanaşmır:
“Son aylar müəyyən yumşaldılmalara gedildi, amma yumşaldılmaların altında sosial məsafə, maska və əl gigiyenasına riayət olunması şərti ilə bağlı qeydlər var idi. Lakin bu qaydalara riayət olunmur. Təbii ki, kiçik yoluxma ocaqları artaraq daha çox yoluxmaya səbəb ola bilir. Təmasların artmasını yoluxma rəqəmlərinə təsir edən birinci faktor olaraq göstərə bilərik. İkinci faktor “Delta” ştammının klassik COVID-19-la müqayisədə daha çox yoluxdurma qabiliyyətinə malik olmasıdır.
Digər səbəb isə hələ də vaksin vurdurmayan şəxslərin olmasıdır. Ötən dəfə mətbuat konfransında da deyildi ki, yoluxanların 90 faizindən çoxu vaksin olunmayan vətəndaşlardır. Yoluxmanın artmasının digər səbəbi isə natamam, yəni birinci dozanı vurdurandan sonra qorunma tədbirlərini yumşaldan şəxslərdir. Xüsusilə qeyd edim ki, birinci dozadan sonra qoruyuculuq praktiki olaraq olmur. İkinci doza peyvənd vurulandan sonra orqanizmimizdə anticisim istehsal edilir və koronavirusa qarşı qoruyuculuq yaranır. Bu gün ilk dozadan və ikinci dozanın ilk 2 həftəsində yoluxanların sayı heç də az deyil, xeyli sayda yoluxma var”.

 


Tarix: 14-08-2021, 12:04 Oxunub: 171


Bölməyə aid digər xəbərlər