22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
“Bu yaxında Şuşada səfərdə olan xaricdəki diaspor nümayəndələrimizdən bu yaxında Şuşada səfərdə olanların heç kim konkret olaraq bununla bağlı Azərbaycana gəlməmişdi. Həmin zaman vətəndə olan və bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat verən şəxlər bu səfərə dəvət almışdılar. Yəni, Şuşa səfəri qabaqcadan planlaşdırılmamışdı. Bu səfəri təşkil edən komitə sədri Fuad Muradov başda olmaqla yol boyu bizi müşayiət edən komitənin rəhbər şəxslərinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.
Bunu Sahibkartv.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının sədr müavini Murad Cəfərov bildirib.
Şuşanın Azərbaycan xalqının milli sərvəti olduğunu xatırladan M.Cəfərov sözlərinə görə, işğal dövründə ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər: “Diaspor Komitəsinin təşkilatçılığı ilə ziyarətimizdə bu ruhu hiss etdim. Mən heç vaxt Qarabağda olmamışdım. İşğal dövrü mənim uşaqlıq illərimə təsadüf etmişdir və bu məkan haqqında yalnız danışılanlardan və kitablardan məlumatlı idim. Orada yaşayanlar və olanlar həmişə Qarabağ haqqında ağız dolusu danışardılar. Oranın dünyanın ən səfalı və dilbər guşələrindən biri olduğunu deyirdilər. Tanrıya şükürlər olsun ki, buranı öz gözümlə görməyi mənə nəsib etdi. Deməli, qismətdə var imiş.
O səfər çərçivəsində dərin təəssürat yaradan məqamlara da toxunub:
“Ən yadda qalan məqam isə Füzuli şəhərinin dağıntıları oldu. KİV-lərdə görmüşdüm, yalnız özüm görəndən sonra dəhşətə gəldim. Sözlə ifadə eləmək çox çətindir. İnsan olan kəs belə vəhşiliyi törədə bilməz. Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri gözümüzlə gördüklərimizi yaşadığımız ölkələrin siyasi dairələrinə və ictimaiyyətinə çatdırmaq olacaq. Bildiyiniz kimi, bu gün ölkəmiz böyük beynəlxalq təzyiqlə üzləşib. Bu təzyiqlə xüsusilə informasiya cəbhəsində mübarizə aparmaq diasporumuzun əsas vəzifələrindən biridir. Vətən müharibəsi dövründə diasporumuzun fəaliyyətini müsbət qiymətləndirirəm”.
Murad Cəfərov diasporun keçdiyi tarixi yola da nəzər saldı:
“Ümumiyyətlə onu demək istəyirəm ki, Azərbaycan diaspor hərəkatı 90-cı illərin Qarabağ müharibəsindən sonra yaranmağa başlayıb. İşğalla heç zaman barışmayan xalqımız üçün Qarabağ məsələsi hər zaman qeyrət məsələsi olub. Buna görə də diasporumuz bu yolda Azərbaycanın haqq səsini hər zaman dünya ictimaiyyətinə çatdırır. Düzdür, o dövrlərdə yeni yaranan, cavan diasporumuzun fəaliyyətində pərakəndəlik müşayiət olunurdu. Lakin 44 günlük Vətən müharibəsi zamanı artıq formalaşan və təcrübə yığan, yaşadığı ölkələrin ictimai-siyasi həyatına kifayət qədər inteqrə etmiş diasporumuz vahid yumruq altında birləşərək olduqca effektiv tədbirlər keçirtməyə müvəffəq oldu. Onu da vurğulamaq istəyirəm ki, diasporumuzun birliyi son iki ildə baş tutdu. Fuad Muradov Komitəyə sədr təyin olandan sonra bütün təşkilatları bir çətir altına yığmağa bacardı. Fürsətdən istifadə edib Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan ordusuna bu möhtəşəm qələbəyə görə dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhları qarşısında ehtiramla baş əyirəm”, - deyə o əlavə edib.
Bölməyə aid digər xəbərlər