Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır - RƏSMİ

Baxış: 353

“Hazırda, Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır”. Sahibkartv.az xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində  yerinə yetirilmiş işlər barədə hesabat konfransında  Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib. 
O bildirib ki, “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd hissəsinin uzunluğu 123.8 kilometrdir:
“Yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.