Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstanın tanınmış azərbaycanlı müxalifətçisi siyasətdən gedib

Baxış: 241

Azər Süleymanov Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasını tərk edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, Facebook hesabında yaydığı müraciətdə bildirib.
İllərdir partiyada təmsil olunan müxalifətçi siyasi fəaliyyətini müvəqqəti dayandırdığını qeyd edib:
“Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və siz seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməməsi oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir.
Mənim partiyada olan çoxlu sayda dostlarıma hörmətim naminə bəzi detalları açıqlamaq istəmirəm. Düşünürəm ki, bütün bunlara rəğmən VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim sizlərə qarşı haqsızlıq olar”.
Qeyd edək ki, A.Süleymanov 1999-2004-cü illərdə deputat olub. 2003-2008-ci illərdə Kvemo Kartli bölgəsinin qubernator müavini vəzifəsində çalışıb. 2008-ci ildən 2020-cı ilədək yenidən parlamentdə təmsil olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.