Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azad edilmiş ərazilərdə kənd və qəsəbələrin memarlıq siması müəyyənləşdirilir

Baxış: 228

Kəlbəcər, Laçın, Ağdam, Füzuli və Cəbrayıl üzrə 5 kənd və bir qəsəbə üçün müsabiqə elan edilib. Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərdə kəndlərin və qəsəbələrin gələcək memarlıq simasının müəyyən edilməsi məqsədilə həyata keçirilir.
Sahibkartv.az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov Xocavənd rayonunun Hadrut qəsəbəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müsabiqədə demək olar 140-dan çox şirkət iştirak edib. Sabahkı tarixə layihələrin təqdim edilməsinin son tarixidir. Avqustun 15-də müsabiqənin qalibləri elan ediləcək. İşğaldan azad edilmiş digər kəndlərin də ərazi planlaşdırılması sənədi hazırlanacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.