Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şuşa Radio Qovşağının yenilənməsi nəzərdə tutulur

Baxış: 301

“Azad edilmiş ərazilərdə ümumilikdə tikintisinə qərar verilmiş 10-dan çox avtomobil yolunda işlər başlayıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun rəhbəri Rəhman Hümmətov deyib.
Onun sözlərinə görə, Zəfər yolunda işlər başa çatır.
R.Hümmətov bildirib ki, azad edilmiş ərazilərdə 68 mobil rabitə baza stansiyası qurulub: “Şuşa Radio və Televiziya Yayımı Stansiyası vasitəsilə artıq 10-dan çox televiziya kanalının yayımı baş tutur. Ümumillikdə 1400 km-dan artıq optik xətt çəkilib. Şuşa Radio Qovşağının yeni layihəsi hazırlanır. Layihə müvafiq qaydada razılaşdırmadan keçdikdən sonra onun da yenilənməsinə başlanılacaq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.