Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə yaşayan azərbaycanlı məcburi köçkünlərin hüquqi statusu rəsmiləşdiriləcək

Baxış: 321

Türkiyədə məskunlaşan Azərbaycan və Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdiriləcək.
Sahibkartv.az xəbərinə görə, 1990-2000-ci illəri arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyəyə köçmüş və hazırda heç bir hüququ statusu olmayan, o cümlədən tibbi və sosial sığortası olmayan, təhsil, notarius və s. kimi haqlardan yararlanmayan Azərbaycan vətəndaşlarının hüquqi statusunun 2021-2022-ci illərdə rəsmiləşdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, həmin şəxslərin sosial və hüquqi problemlərinin həll olunması ilə əlaqədar Azərbaycanla birlikdə işlər aparılacaq.
İşləri Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi, Azərbaycan tərəfdən isə Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.