Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Cəbrayılda Türkiyə ilə birgə Dostluq parkı salınacaq - Tarix açıqlandı

Baxış: 285

Cəbrayılda Türkiyə ilə birgə Dostluq parkı salınacaq.
Bunu Sabibkartv.az-a açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, Qarabağa böyük qayıdışın tərkibində ekologiya, ətraf mühit əhəmiyyətli yer tutur:
“Nazirlik üçün ərazilərdə böyük layihələrdən birini həyata keçirməyi planlaşdırırıq. Həmin ərazilərdə 1 milyon ədəd ağac əkiləcək. Türkiyə təmənnasız olaraq ölkəmizə tinlər verəcək”.
O qeyd edib ki, Cəbrayılda Təlim Tədris Mərkəzi və böyük tinglik təsərrüfatı salınacaq:
“Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq. Burada eyni vaxtda 50 yaxın insanın qalması üçün şərait də yaradılacaq. Ərazilər minalardan təmizləndikcə proses davam etdirilir. Payız əkin mövsümündə Türkiyə ilə birgə Dostluq parkı salınacaq”.
Nazir müavini əlavə edib ki, artıq Türkiyədən 10 min ağac tingi gətirilib və Ağcabədidə saxlanılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.