21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi qaz təsərrüfatında da son illər böyük nəaliyyətlər əldə olunub.
Sahibkartv.az xəbər verir ki, əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlət tapşırığına uyğun olaraq respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb. Hətta Azərbaycanda qazlaşma səviyyəsi və sürəti qonşu dövlətlərdən və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək dəyərləndirilir.
“Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərovun sözlərinə görə, son 3 il ərzində ümumən 260-dan çox kənd yeni qazlaşdırılıb. Bununla yanaşı, həmin dövrdə Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan artıq yeni yaşayış massivi qazla təmin olunub:
“Qazlaşdırılma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 min artaraq hazırda 2 milyon 300 mini ötüb. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində 6 min kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilib. Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb”.
Şöbə rəisinin sözlərinə görə, kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması və bütöv növ qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumən 2 min kilometrdən artıq qaz xətti yenidən qurulub. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətlə dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub.
T. Cəfərov bildirib ki, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin və şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Asan Xidmət və Asan kommunal Mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Hazırda bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə “İSO 9001” kefiyyətin idarəedilməsi sisteminin tədbiqi uğurla davam etdirilir:
“Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 Çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir. Dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlaşdırılması işləri geniş vüsət alıb. Yaxın perspektivə əsas hədəflərimiz “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiyası, əməliyyat səmərəliliyini artıran müasir texnika və texnologiyaların tədbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir”.
Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov isə bildirib ki, son zamanlar "Azəriqaz" İB-də böyük islahatlar gedir, əhali məmnunluğu istiqamətində işlər aparılır, şikayətlərə dərhal reaksiya verilir və lazımi köməklik göstərilir: “Hazırda ölkədə qazlaşdırma 96 faizə çatıb. Yüz faiz heç vaxt olmayacaq, çünki əhali yeni evlər tikir, məhəllələr salır və onların da dərhal qazlaşdırılması mümkün deyil. Çünki layihə-smeta sənədləri olmalı, evlərin torpaq sahələri ilə bağlı sənədləri hazırlanmalıdır”.
N. Qasımov həmçinin bildirib ki, itkilərə yol verməmək üçün də Birlik tərəfindən nəzarət işləri gücləndirilib: “Qazın bir kubmetri 10 qəpikdir, kiçik müəssisələr - bizneslə məşğul olan sahibkarlar üçün 20 qəpik nəzərdə tutulub. Hansı ki, bunun maya dəyəri dövlətə 57 qəpiyə başa gəlir. Baxmayaraq ki, dövlət bu qədər güzəştə gedir, hələ də bəzi insanlar qaz oğurluğu ilə məşğul olurlar. Bu da itkilərin artmasına gətirib çıxarır. “Azəriqaz” İB bununla bağlı da işlər görür, nəzarət gücləndilir. Həmin istehlakçıları tapırlar və dövlətə vurulan ziyanın ödnilməsini tələb edirlər. Qeyri-qanuni qoşulmaları qaz xəttindən ayırırlar. Ölkədə 2 milyon 300 mindən çox abonent var və onların hamısına nəzarət etmək çətindir. Bəzən abonentlər nəzarətçilərə qapını açmırlar və bu baxımdan müəyyən çətinliklər yaranır. Lakin hesab edirəm ki, əhalinin şüur səviyyəsi artdıqca, bunlar da aradan qalxacaq”.
Bölməyə aid digər xəbərlər