Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Baxış: 117
Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı


Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib.

Uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb.

Bu qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya valideynləri tərəfindən müəssisələrə yerləşdirilmiş uşaqların ailə mühitində böyüməsini və inkişafını təmin etmək məqsədi daşıyır. Proses dövlət nəzarəti altında həyata keçirilir.

Himayədar ailələrə uşaqların yaşına və sağlamlıq vəziyyətinə uyğun aylıq müavinətlər ödənilir. Belə ki, 6 yaşadək uşaqlara görə 355 manat, əlilliyi olan uşaqlara görə isə 500 manat müavinət verilir.

7-13 yaş arası uşaqlar üçün bu məbləğ müvafiq olaraq 375 və 600 manat, 14-18 yaş arası uşaqlar üçün isə 395 və 650 manat təşkil edir.

Bundan əlavə, himayədar ailələrə uşaqların mövsümi geyimlərinin alınması üçün hər rübdə hər uşağa görə 200 manat birdəfəlik müavinət ödənilir.

Son aylarda himayədar ailə modelinin tətbiqi prosesi də sadələşdirilib. Nəticədə uşağın himayədar ailəyə verilməsi üçün tələb olunan minimal müddət 2 həftəyədək azaldılıb. Həmçinin himayədar ailə olmaq istəyən vətəndaşlar üçün təlimlərdə onlayn iştirak imkanı yaradılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.